Maldiv adaları 2007-ci ilin yanvarından sonra doğulanlara tətbiq edilən siqaret qadağasını həyata keçirməyə başlayıb və bununla tütünə nəsillərarası qadağa tətbiq edən yeganə ölkə olub.

Maldiv hökuməti bu gündən etibarən tütün istifadəsinə nəsillər boyu qadağa qoyan Tütünə Nəzarət Qanununda edilən dəyişiklikləri rəsmi şəkildə qüvvəyə mindirib. Maldivlərin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib ki, 2007-ci ilin yanvarından sonra doğulanlara qarşı siqaret qadağası tətbiq olunmağa başlayıb. Bu tədbirlə Maldivlərin tütündə nəsillərarası qadağa tətbiq edən yeganə ölkə olduğu vurğulanıb. Atılan addımın “ictimai sağlamlığı qoruyacağı və tütünsüz bir nəsli təşviq edəcəyi” qeyd edilib.
Yeni qaydaya, əsasən, 1 yanvar 2007-ci il və sonrasında doğulan şəxslərin Maldivlərdə tütün məhsulları alması və istifadə etməsi qadağandır. Pərakəndə satıcılara satışdan əvvəl yaş yoxlaması aparmaq məcburiyyəti qoyulub. Həmçinin qərarın lüks turizmi ilə tanınan ölkəyə gələn turistlər üçün də keçərli olduğu bildirilib.
Mənbə:TRT Haber
Tərcümə etdi:Çimnaz Həmzəliyev
