ABŞ Konqres Komitəsinin cinsi zorakılıq iddiaları ilə tanınan Ceffri Epşteyn işini araşdıran üzvləri şahzadə Endryu Mauntbatten Vindzoru onun mərhumla əlaqələrinə dair suallara cavab verməyə çağırıblar.

Kral Çarlz qardaşının Epşteynlə əlaqələrinə dair aylarla davam edən təzyiqlərdən sonra cümə axşamı günü Endryunun “şahzadə” titulunu geri alıb. Endryu isə hər hansı səhv davranışı inkar edir.
Nümayəndələr Palatasının Nəzarət Komitəsinin dörd Demokrat üzvü Endryunun ifadə verməsi üçün çağırışlarını yeniləyib, lakin panelə nəzarət edən Respublikaçılar bu addımı hələ dəstəkləməyiblər.
Konqres üzvü Suhas Subramanyam BBC-yə açıqlamasında bildirib: “Əgər o, adını təmizləmək və qurbanlar üçün doğru olanı etmək istəyirsə, irəli gələcək".
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
