Bu gün:

Şahzadə Endryunun Epşteyn qalmaqalı York ailəsinin imicinə zərbə vurub


Şahzadə Endryunun Ceffri Epşteynlə bağlı qalmaqalı keçmiş həyat yoldaşı Səra Ferquson və qızları, şahzadələr Beatriks ilə Yujeni üzərində də kölgə salıb. 

Ferqusonun Epşteynə “ali dostum” deyə müraciət etdiyi e-poçtun üzə çıxmasından sonra o, bir sıra xeyriyyə təşkilatları ilə əlaqəsini itirib. Hazırda Ferquson “Royăl Lodj” iqamətgahından köçməyə hazırlaşır, lakin Sandrinxemdə Endryu ilə birgə yaşamayacaq. 


Beatriks və Yujeni şahzadə titullarını qoruyub saxlasalar da, ailə qalmaqalından tam uzaq qala bilməyiblər. Bu həftə bacılardan Beatriks Səudiyyə Ərəbistanında sammitdə iştirak edib, Yujeni isə Parisdə görüntülənib.


Lakin keçmişdə yayılan Epşteyn və Harvi Vaynşteynlə birgə fotolar onların da mübahisələrin mərkəzində qalmasına səbəb olub. Kraliçanın korqiləri hələ də Endryu və ailəsi tərəfindən baxılacaq, lakin onların Miladı harada keçirəcəkləri hələlik məlum deyil.


York ailəsinin nüfuzu isə ard-arda gələn qalmaqallar səbəbindən ciddi şəkildə zədələnib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et