Bu gün:

Qartalqaya davasının üçüncü məhkəmə iclasında prokurorun cəza təklifinə etiraz edilib


21 yanvar tarixində 36-sı uşaq olmaqla 78 nəfərin həyatını itirdiyi və 133 nəfərin yaralandığı Grand Kartal otel yanğını ilə bağlı məhkəmə işinin üçüncü məhkəmə iclası 27 oktyabr başlayıb. Məhkəmə prosesi bu gün də davam edir. İşin 3-cü məhkəmə iclasında tərəflərin əsas məsələlər üzrə müdafiə çıxışları davam edir. Cumhuriyyət prokuroru birinci iclasdan sonra təqdim edilən cəza təklifini təkrar etdiklərini bildirib. Yanğında oğlu Ömür Kotanı itirən Zeynəb Kotan isə ehtimal olunan qəsd ittihamı ilə cəza istənilən şəxslərin sayının yeddiyə endirilməsinə görə cəza təklifinə etiraz etdiklərini deyib.

Mənbə: BBC News

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et