Bu gün:

Əsrin ən güclü fırtınası ola bilər


Karib hövzəsində formalaşan “Melissa” qasırğası Yamayka sahillərinə yaxınlaşır. Qasırğanın bu əsrin ən dağıdıcı tropik fırtınalarından biri olacağı ehtimal edilir.

Beynəlxalq meteoroloji mərkəzlərin məlumatına əsasən, güclü küləklər, intensiv yağıntılar və torpaq sürüşmələri nəticəsində ölkənin bir sıra bölgələrində fövqəladə vəziyyət elan edilib. Sakinlərə təhlükəsiz ərazilərə köçmək, sahil zonalarında hərəkəti məhdudlaşdırmaq və elektrik xətlərindən uzaq durmaq barədə xəbərdarlıq edilib.

Yamayka hökuməti bütün dövlət qurumlarını gücləndirilmiş iş rejiminə keçirməklə yanaşı humanitar yardımların vaxtında çatdırılması üçün xüsusi plan hazırlayıb. Meteoroloqlar qasırğanın yaxın saatlarda daha da güclənəcəyini istisna etmir.


Mənbə: Reuters

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et