Keniya Mülki Aviasiya İdarəsi ölkənin cənubunda təyyarə qəzası baş verdiyini bildirib. Qəza 12 nəfərin ölümü ilə nəticələnib.
Keniya Mülki Aviasiya İdarəsi özəl təyyarənin Kvale rayonu yaxınlığında qəzaya uğradığını bildirib. Dianidən Kiçva Temboya uçan təyyarədə olan 12 nəfərin hamısının həyatını itirdiyi bildirilib. Ölkənin cənubunda baş verən qəzanın səbəbi hələlik məlum deyil.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Banuçiçək Qurbanova
