Bu il dünyanın ən güclü fırtınası olan Melissa qasırğası Karib dənizi vasitəsilə şimal-şərqə doğru hərəkət edərək Yamaykaya yaxınlaşır.

Qasırğa artıq Yamaykada üç nəfərin həyatına son qoyub. Haiti və Dominikan Respublikasında isə dörd nəfərin ölümünə səbəb olub.
ABŞ-nin Milli Qasırğa Mərkəzi tərəfindən bazar ertəsi günü səhər tezdən Melissa qasırğası maksimum gücü ifadə edən beşinci kateqoriyaya yüksəldilib.
Meteoroloqların proqnozlarına görə, qasırğa saatda 282 km sürətlə əsən küləklər və 101 sm yağışla Yamaykanın heç vaxt qarşılaşmadığı ən güclü qasırğa ola bilər.
Yamaykada çoxsaylı sakinlər təxliyə edilsə də, Melissanın yavaş hərəkət sürəti əhalini gərgin günlərə məruz qoyub.
BBC Weather Melissanın bu qədər təhlükəli olmasının üç səbəbini təhlil edir.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
