Prins Endryu 2006-cı ildə qızı Beatrisin 18 yaşını qeyd etdiyi bal zamanı Ceffri Epstin, Qisleyn Maksvell və Harvi Vaynşteyni “Royal Lodge”da qonaq edib.

Hadisə Epstinə qarşı cinsi təcavüz ittihamı ilə ABŞ-də həbs orderi verildikdən cəmi iki ay sonra baş verib. BBC fotoları analiz edərək onların həqiqətən şahzadənin iqamətgahında olduqlarını təsdiqləyib.
Epstin səkkiz gün sonra Floridada həbs olunub. Endryu isə bildiri̇b ki, dəvət göndəriləndə ABŞ-dəkı istintaqdan xəbəri olmayıb.
Son aylarda onun Epstinlə əlaqələri və “Royal Lodge”da icarə haqqı ödəmədən yaşaması yenidən müzakirəyə səbəb olub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
