ABŞ Donanmasına aid "USS Nimitz" təyyarə gəmisindən havalanan bir "Sea Hawk" helikopteri və bir "F/A-18F Super Hornet" döyüş təyyarəsi Cənubi Çin dənizində təxminən yarım saat arayla meydana gələn iki ayrı qəzaya düşüb.
ABŞ Donanmasının ən böyük hərəkat komandanlığı ABŞ Sakit Okean Donanmasına bağlı "USS Nimitz" təyyarə gəmisindən havalanan bir helikopter və bir təyyarə Cənubi Çin dənizinə düşüb. Sakit Okean Donanmasının sosial media hesabından edilən paylaşımında Helikopter Dəniz Hücum Donanması 73-ün "Battle Cats" birliyinə bağlı bir "Sea Hawk" helikopterinin yeridilən "gündəlik təşkilatlar" sırasında Türkiyə vaxtıyla 14:54-də Cənubi Çin dənizinə düşdüyü açıqlanıb. Nimitz ilə təlimat yerinə yetirən 11-ci Hücum Qrupuna bağlı xilasetmə komandalarının helikopterdəki üç heyəti qurtardığı bildirilib.
Helikopter qəzasından təxminən 30 dəqiqə sonra isə yenə Nimitz təyyarə gəmisindən havalanan bir "F/A-18F Super Hornet" döyüş təyyarəsi də Cənubi Çin dənizinə düşüb. Xilasetmə komandaları fırlatma oturacağıyla özlərini qurtaran iki pilotu təxliyə edib. Hər iki pilotun gəmiyə döndüyü və səhətlərinin stabil olduğu qeyd edilib.
ABŞ Sakit Okean Donanması tərəfindən edilən açıqlamada isə qəzalarla bağlı incələmənin davam etdiyi və baş ekipajın da güvəndə olduğu bildirilib.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aygül Alıyeva
