Vəzifəsindən uzaqlaşdırılan keçmiş İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu ona qarşı “casusluq” ittihamı ilə açılan yeni istintaq çərçivəsində oktyabrın 26-da ifadə verib.

İmamoğlu səhər saat 10:00-da İstanbul Çağlayan Ədliyyəsinə gətirilib və altı saat yarım sonra ifadəsi başlayıb.
Vəkilləri İmamoğlunun bu müddət ərzində həbsdə olduğunu, İstanbul Vəkillər Kollegiyasının idarə heyəti üzvləri də daxil olmaqla, istintaq aparan vəkillərdən başqa heç bir vəkilin məhkəmə binasına buraxılmadığını bildiriblər.
Mənbə: BBC News
Tərcümə etdi: Aysel Mirzəyeva
