ABŞ-nin bir universitetində keçirilən “homecoming” (mezunların geri dönüşü) tədbiri zamanı silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polis əməkdaşlarının verdiyi məlumata görə, hadisə universitetin kampusunda baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə həkimlər məlumat verməkdən imtina ediblər.
Hazırda hüquq-mühafizə orqanları insidentin səbəblərini araşdırır. Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.
Mənbə: NDTV
Tərcümə etdi: İlhamə Nurəhmədova
