Bu gün:

Empire Film Podkastı ulduz dolu buraxılışla qayıdıb


“Halloween”dən cəmi yeddi gün əvvəl yayımlanan bu həftənin Empire Podcast buraxılışı dinləyicilərə “şirniyyat dolu, fəndsiz” bir proqram vəd edir. Buraxılışda bir-birindən tanınmış qonaqlar iştirak edib.

Helen O’Hara ilk olaraq “Hedda” filminin rejissoru Nia Dakosta ilə söhbət aparıb. Daha sonra Kris Hewitt, rejissor Skott Kuperin “Springstin: Deliver Me From Nowhere” bioqrafik filmində Brus Springstini canlandıran aktyor Ceremi Stronq ilə danışıb. Sonda isə Kris Netflix-in yeni nüvə trilleri “Bir Qədər Dinamit” (“A House of Dynamite”) haqqında filmin ulduzu Rebeka Ferquson və rejissor Ketrin Biglou ilə maraqlı müzakirə aparıb.

Podkast studiyasına qayıdan Kris bu dəfə müəyyən bir sözü düzgün tələffüz etməkdə çətinlik çəkib (hansı söz olduğunu öyrənmək üçün buraxılışı dinləmək lazımdır). Maraqlıdır ki, həmin söz “Howl-o-ween” deyil — bu da Kris və həmkarları Helen O’Hara, Ceyms Dayr və Ben Trevisin müzakirə etdiyi mövzulardan yalnız biridir.

Aparıcılar bu dəfə əsas personajın xəstə olduğu filmləri analiz edib, Adam Drayver və Stiven Soderberqin Kaylo Ren üçün “Solo” filmi hazırladıqları barədə xəbəri dəyərləndiriblər. Proqramda, həmçinin “Springstin: Deliver Me From Nowhere”, Nia Dakostanın “Hedda”sı və Kelli Rayxartın “The Mastermind” filmi barədə icmallar da yer alıb.

Mənbə: EmpireOnline

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et