ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynada davam edən müharibəyə son qoymaq məqsədilə Çinin Rusiyaya təsirindən istifadə etmək istərdi.
“Rusiyayla bağlı bizə Çinin kömək etməsini istərdim", – deyə Tramp Air Force One təyyarəsində Asiyaya səfəri zamanı açıqlayıb. O, səfər çərçivəsində Cənubi Koreyada Çin Prezidenti Si Cinpin ilə görüşməyi planlaşdırır.
Lakin müşahidəçilər bu ehtimalı az mümkün sayırlar. Çin, Ukrayna müharibəsi başladıqdan sonra Qərbin sanksiyalarına baxmayaraq, Rusiyanın əsas müttəfiqi kimi ona iqtisadi və diplomatik dəstək göstərməkdə davam edir.
Trampın bu açıqlaması Kiyev üçün çətin bir həftənin sonunda səslənib. ABŞ administrasiyası Ukraynaya “Tomahawk” qanadlı raketlərini verməkdən imtina edib, Avropa İttifaqı liderləri isə Ukraynanın müdafiəsini maliyyələşdirmək üçün dondurulmuş Rusiya vəsaitlərini hələ də azad etməyiblər. Eyni zamanda, ölümcül hücumların sayı artmaqda davam edir.
Mənbə: BBC news
Tərcümə etdi: Nərmin Nəcəfova
