Fransada 19 oktyabrda dəyəri 88 milyon avro olduğu təxmin edilən tarixi əsərlərin oğurlandığı Luvr muzeyində nümayiş etdirilən daş-qaşlardan bəziləri milli mərkəzi bank olan Fransa Bankına köçürülüb.
BFMTV-nin istintaqa yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, oğurluğun hədəfi olan muzeyin Apollon qalereyasında qalan zinət əşyaları polis qruplarının müşayiəti ilə dünən səhər saatlarında Fransa Bankına təhvil verilib.
Oktyabrın 19-da muzeydən tarixi daş-qaşları oğurlayan 4 oğrunun axtarışları hələ də davam edir, muzeydə təhlükəsizlik tədbirləri gücləndirilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində Fransa Bankına daşınan zinət əşyalarının nə vaxt yenidən sərgiyə qoyulacağı ilə bağlı heç bir məlumat verilməyib.
Mənbə: Habertürk
Tərcümə etdi: Aygül Alıyeva
