Bu gün:

Ontario anti-tarif reklam kampaniyasını dayandırıb


Ontario Baş naziri Duq Ford ABŞ-də yayımlanan anti-tarif reklam kampaniyasını dayandırıb. O, bu qərarı Prezident Donald Trampın ticarət danışıqlarını ləğv etməsindən sonra verib və bildirib ki, reklam bazar ertəsindən etibarən efirdən çıxarılıb.

Tramp “Truth Social” hesabında reklamı “saxta” və “qeyri-qəbuledilən” adlandırıb, ticarət danışıqlarının “dərhal dayandırıldığını” açıqlayıb. Reklamda keçmiş ABŞ prezidenti Ronald Reyqanın “tariflər hər amerikalıya zərər verir” sözləri istifadə olunub.


Reyqan Fondu reklamın icazəsiz yayımlandığını və çıxışın seçilmiş hissələrinin təqdim edildiyini bildirib. Ford isə açıqlamasında reklamın məqsədinin “Amerikalılarda iqtisadi düşüncə yaratmaq” olduğunu deyib və bunun artıq həyata keçdiyini vurğulayıb.


Ekspertlər hesab edir ki, Fordun bu addımı Kanadanın danışıqlardakı mövqeyinə zərər vurub. Kanada hələ də Tramp administrasiyası ilə ticarət razılaşması imzalamayan yeganə G7 ölkəsi olub.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et