Ottavanın son islahatları Vaşinqtonun iqtisadi təzyiqlərinə məruz qalan ölkələr üçün nümunə rolunu oynayır.
Adətən hökumət başçılarının çıxışları diqqət çəkmir, lakin Kanada Baş naziri Mark Karneynin 22 sentyabrda Xarici Əlaqələr Şurasında etdiyi çıxış bu qaydanın istisnası olub. Karney çıxışında qeyd edib ki, açıq və demokratik iqtisadiyyata malik Kanada üçün qaydalara əsaslanan qlobal sistemin zəifləməsi və həm ABŞ-dən, həm də Çindən gələn ticarət təzyiqləri ciddi təhlükə yaradır.
Bununla belə, Baş nazir vurğulayıb ki, “ölkələr hələ də öz nəzarətlərində olan məsələlər üzərində işləyə bilər".
Kanadanın diqqətini daxili imkanlara yönəltməsi, Ottavanın son dövrlərdə həyata keçirdiyi islahatların əsas məqsədidir. Ekspertlər hesab edirlər ki, bu siyasət modeli Avropa İttifaqı kimi digər açıq iqtisadiyyatlar üçün də mövcud böhran şəraitində məntiqli yanaşmadır.
İslahatlara ixracatçıların daxili bazar vasitəsilə dəstəklənməsi, yeni azad ticarət sazişlərinə diqqətin artırılması və eyni dəyərləri bölüşən müttəfiqlər üçün strateji məhsulların tədarükçüsünə çevrilmək kimi addımlar daxildir.
Mənbə: Foreign Policy
Tərcümə etdi: Emiliya Vəlicanova
