Bu gün:

Tramp Venesuelaya hücum hazırlığımı görür?


ABŞ ordusu iki aydır Karib dənizində döyüş gəmiləri, hərbi təyyarələr, bombardmançı təyyarələr, dəniz piyadaları, pilotsuz uçuş aparatları və casus təyyarələrdən ibarət güc toplayır. 

Bu orada on illər ərzində edilən ən böyük hərbi yerləşdirmədir. Uzaqmənzilli B-52 bombardmançı təyyarələri Venesuela sahillərində təlimlər keçirir. Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Venesuelada gizli əməliyyatlar aparmaq səlahiyyəti verdiyini etiraf edib.

ABŞ "narkotik" və "narko-terrorçu" daşıdığını iddia etdiyi kiçik qayıqlara təşkil etdiyi hücumlarda onlarla adamı öldürdüyünü bildirir, lakin bu şəxslər haqqında heç bir sübut və ya detallı məlumat təqdim etmir.

Mənbə: BBC News

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et