Bu gün:

Plastik təkrar emal sənayesini xilas etmək mümkündür?


Plastik təkrar emal sənayesində itkilər artmaqda davam edir.

Tullantıların idarə olunması şirkəti Biffanın Sanderlenddəki 7 milyon funt sterlinqə tikilmiş zavodu bağlanıb. Rəqib şirkət də zavodunun bağlanacağını bildirib.

Avropada da plastik təkrar emalı zavodlarının domino daşları kimi bağlanması  geniş yayılıb. Borealis, Dov və Nester şirkətləri Avropada yeni plastik təkrar emalı zavodlarının tikintisindən imtina ediblər.

Biffanın polimer bölməsinin rəhbəri Ceyms MakLiri xəbərdarlıq edir ki, həm Böyük Britaniyada, həm də Avropada sənaye üçün bu il ən çətin dövrlərdən biri olacaq. 

Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü bildirib ki, qablaşdırma islahatları həyata keçirilib və plastik çeşidləmə və emalı üçün 10 milyard funt sterlinq sərmayə qoyulub.

Amma çətinliklər fonunda bəzi müsbət nümunələr də var: Enviroo şirkəti şimal-qərbi İngiltərədə yeni zavod tikmək üçün 58 milyon funt maliyyə təmin edib. Zavod 2026-cı ildə fəaliyyətə başlayacaq və ildə 35 min ton plastik emal edəcək.

Mənbə: BBC

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et