Bu gün:

Tramp Kanada ilə ticarət danışıqlarını dayandırıb


ABŞ prezidenti Donald Tramp Kanadanın Ontario hökumətinin anti-tarif reklamına görə bu ölkə ilə aparılan bütün ticarət danışıqlarını dayandırıb.

Reklamda ABŞ-nin sabiq prezidenti Ronald Reyqanın 1987-ci ildə dediyi “tariflər hər bir amerikalıya zərər verir” sözləri yer alıb. Tramp videonu “saxta və manipulyativ” adlandıraraq sosial şəbəkədə danışıqların “rəsmi şəkildə dayandırıldığını” elan edib.


Tramp administrasiyası Kanadadan idxal olunan məhsullara 35%-ə qədər rüsum tətbiq edib. Xüsusilə avtomobil və polad sənayesi bu qərardan ciddi təsirlənib. Ontario hökuməti isə bu tariflərə qarşı çıxaraq ABŞ-də 75 milyon Kanada dolları dəyərində reklam kampaniyası başladıb.


Ontario qubernatoru Doq Ford və Kanada Baş naziri Mark Karni ABŞ tariflərinin azaldılması üçün çalışsalar da, Trampın son addımı danışıqları tamamilə dalana salıb.


Bu, Trampın Kanada ilə ticarət danışıqlarını dayandırdığı ikinci hadisədir — daha əvvəl Ottawa ABŞ texnologiya şirkətlərinə rəqəmsal vergi tətbiq etdikdə o, eyni addımı atıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et