NASA 24 oktyabr 2025-ci ildə elan edib ki, 2025 PN7 adlı asteroid Yerə yaxın orbitdə hərəkət edir və “ikinci ay” kimi görünür.
Bu obyektin diametri təxminən 19 metrdir və Yer üçün heç bir təhlükə yaratmır. Astronomlar belə cisimləri “kvasiyayın” adlandırır, çünki onlar tam olaraq Ay kimi Yerin ətrafında dövr etməsələr də orbitimizi izləyirlər.
Mütəxəssislərin hesablamasına görə, 2025 PN7 orbitdə 2083-cü ilə qədər qala bilər. Bu kəşf Yer və kosmik obyektlərin hərəkətini daha yaxşı başa düşmək üçün elmi tədqiqatlara əhəmiyyətli dəstək verir.
Mənbə: jagranjosh
Tərcümə etdi: Zəhra Məlikova
