ABŞ Rusiyanın iki ən böyük neft şirkətinə qarşı yeni sanksiyalar tətbiq etdiyini elan edib. Tədbir Moskvanı Ukraynada sülh danışıqlarına təşviq etmək məqsədi daşıyır.
Bu elan ABŞ Prezidenti Donald Trampın Rusiyadakı həmkarı Vladimir Putinlə planlaşdırılan Budapeştdəki görüşün müddətsiz təxirə salınacağını bildirməsindən bir gün sonra gəlib.
"Vladimirlə hər dəfə danışanda, yaxşı söhbətlər edirik, amma onlar heç yerə aparmır", - Tramp deyib
Yeni sanksiyalarda inkişaf Birləşmiş Krallığın eyni iki Rusiya neft şirkətinə sanksiyalar qoymasından cəmi bir neçə gün sonra baş verib. Avropa Birliyi ölkələri də 2027-ci ilin yanvarından etibarən Rusiyadan maye təbii qaz idxalını qadağan edən öz yeni sanksiyalarını tətbiq ediblər.
Tramp Moskvaya qarşı daha sərt tədbirlər tətbiq edəcəyi ilə bağlı dəfələrlə hədələsə də, üç il yarımdan çox davam edən işğal zamanı sülh danışıqlarına vasitəçilik etmək ümidiylə indiyədək onlardan yayınıb.
Onun administrasiyası sələfi Co Baydenin Ukraynaya qatı dəstəyindən sonra, ABŞ-ni iki müharibə edən ölkə arasında bir qədər bitərəf vasitəçi kimi təqdim etməyə çalışıb. Lakin ABŞ prezidenti Kremlin danışıqları irəli aparmaması səbəbiylə getdikcə daha çox əsəbləşib.
Sanksiyalar həm də aylardır Ukrayna lideri Volodımır Zelenskinin təkid etdiyi bir addımdır. O, bunları ABŞ-dan "yaxşı siqnal" adlandırıb və digər dövlətlər Rusiyaya daha çox təzyiq göstərsə, atəşkəsin mümkün olacağını bildirib.
Tramp sülh yaratmaqda ciddi olmaması səbəbi ilə Putini tənqid edib və sanksiyaların bir irəliləyişə səbəb olacağına ümid etdiyini söyləyib.
Kreml isə bildirib ki, Rusiya sanksiyalara qarşı "immunitetlidir". Təhlilçilər hesab edirlər ki, sanksiyaların Rusiyanın iqtisadiyyatına təsiri minimal olacaq, lakin bu, Trampın xarici siyasətində böyük bir dəyişikliyi əks etdirir. O, əvvəllər Avropa ölkələri Rusiya nefti almağı dayandırmayana qədər sanksiya tətbiq etməyəcəyini söyləyib.
Mənbə:BBC news
Tərcümə etdi:Fidan Ağayeva
