Ali Məhkəmə 12-ci Cinayət Palatası iş yoldaşlarının fotolarını gizlicə çəkən və onların kompüterlərindəki şəkilləri köçürən şəxsə “xüsusi həyatın toxunulmazlığını pozmaq” cinayətlərinə görə verilmiş ümumilikdə 12 il həbs cəzasını qüvvədə saxlayıb.

Ali Məhkəmə 12-ci Cinayət Palatası iş yoldaşlarının şəkillərini gizlicə çəkən və onların kompüterlərindəki fotoları köçürən şəxsə “xüsusi həyatın gizliliyini pozmaq” cinayətindən verilən ümumilikdə 12 il həbs cəzasını təsdiqləyib. Palatanın qərarına görə, Samsunda dövlət qurumunda çalışan şəxs 2018-ci ildə eyni otaqda işlədiyi iki iş yoldaşının şəkillərini gizlicə çəkib. Həmin şəxs, həmçinin iş yoldaşları otaqda olmadıqları vaxt onların kompüterlərindəki şəxsi və ailə xarakterli fotoları köçürərək öz rəqəmsal cihazına ötürüb.
Hadisə aşkarlandıqdan sonra təqsirləndirilən şəxs barəsində Türk Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulan “xüsusi həyatın gizliliyini pozmaq” maddəsi ilə cinayət işi açılıb.
Samsun 8-ci Sülh Cinayət Məhkəməsi təqsirləndirilən şəxsə iki nəfərə qarşı ayrı-ayrı hərəkətlərinə görə 6 ildən olmaqla ümumilikdə 12 il həbs cəzası verib.
Zərərçəkənlər təqsirləndirilənin “cinsi təcavüz” və “məlumatları qanunsuz şəkildə ötürmə və ya ələ keçirmə” cinayətlərinə görə də cəzalandırılmasını tələb ediblər. Təqsirləndirilən isə cəzanın çox olduğunu bildirərək qərardan apellyasiya şikayəti verib. İş Ali Məhkəməyə göndərilib.
Apellyasiya araşdırmasını aparan Ali Məhkəmə 12-ci Cinayət Palatası təqsirləndirilən şəxsə iki ayrı əmələ görə verilmiş 6 ildən olmaqla ümumilikdə 12 il həbs cəzasını qüvvədə saxlayıb. Qərarda bildirilib ki, məhkəmə prosesi qanuna və qaydalara uyğun şəkildə aparılıb və əməli təqsirləndirilən şəxsin törətdiyi sübuta yetirilib.
Həmçinin, yerli məhkəmənin təqsirləndirilənin əməlini düzgün şəkildə qiymətləndirdiyi və uyğun cəza müəyyən etdiyi vurğulanıb.
Qərarda qeyd olunub: “Təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkənlərin vəkili tərəfindən irəli sürülən bütün apellyasiya səbəbləri araşdırıldıqdan sonra qanunsuzluq müəyyən edilmədiyi üçün yekdilliklə şikayətlərin rəddinə və hökmün təsdiqlənməsinə qərar verillib”.
Mənbə: TRT haber
Tərcümə etdi: Banuçiçək Qurbanova
