ABŞ Ukraynada sülhə nail olmaq məqsədilə Rusiyanın iki əsas neft şirkəti — “Rosneft” və “Lukoil”-ə qarşı yeni sanksiyalar tətbiq edib.

Prezident Donald Tramp bildirib ki, “Putinlə danışıqlar heç yerə getmir” və Moskva sülhə ciddi yanaşmır. O vurğulayıb ki, sanksiyalar Rusiyanı atəşkəsə məcbur etmək üçün vacib addımdır.
ABŞ Maliyyə naziri Skott Bessent bu tədbirləri “Putinin müharibəni dayandırmaqdan imtinasına cavab” adlandırıb.
Böyük Britaniya da eyni şirkətlərə qarşı sanksiyalar tətbiq edib, Avropa İttifaqı isə Rusiya qazının idxalını qadağan edib.
Tramp ümid etdiyini bildirib ki, sanksiyalar nəticə verərsə, onlar tezliklə ləğv edilə bilər.
Tramp və Putin avqustda Alyaskada görüşüblər, ancaq növbəti görüş isə təxirə salınıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
