Ayın sonu yaxınlaşanda, İngiltərənin Esseks şəhərində yaşayan 46 yaşlı uşaq kitabı müəllifi Donia Yusef narahat olmağa başlayır. Hər ay olduğu kimi bu dəfə də o, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (ADHD) üçün istifadə etdiyi dərmanı almaq üçün yerli aptekə zəng edir. Lakin tez-tez eyni cavabla qarşılaşır: “Dərman stokda yoxdur.”

Dünyanın bir çox ölkəsində dərman qıtlığı davam edir. Son illərdə ADHD müalicəsində istifadə olunan dərmanlar, xərçəng preparatları, statinlər, ağrıkəsicilər, anesteziklər və antibiotiklər kimi vacib preparatların istehsal və paylanmasında fasilələr yaranıb.
Bundan başqa, Mounjaro, Wegovy və Ozempic kimi məşhur arıqlama dərmanlarına olan tələbatın qəfil artması da vəziyyəti daha da ağırlaşdırıb. Bu dərmanlara təkcə arıqlamaq üçün deyil, həm də şəkərli diabetin müalicəsində ehtiyac duyan xəstələr indi onları tapmaqda böyük çətinlik çəkirlər.
Mütəxəssislər bildirirlər ki, bu qıtlığın səbəbləri arasında istehsal zəncirindəki problemlər, xammal çatışmazlığı, artan tələbat və bəzi hallarda dərmanların qeyri-qanuni şəkildə satılması dayanır.
Mənbə: BBC
Tərcümə etdi: Gülay Bədirli
