Rusiya qoşunlarının Ukraynaya etdiyi drone və raket hücumları nəticəsində ən azı 7 nəfərin, o cümlədən 2 uşağın həlak olduğu bildirilir.
Ukraynanın ikinci ən böyük şəhəri Xarkovda uşaq bağçası zədələnib, hücum nəticəsində bir kişinin həlak olduğu və uşaqların yaralandığı bildirilir.
Kiyevdə də geniş əraziyə və əaliyə ziyan dəyib, yaralanan 27 nəfər arasında uşaqlar da var.
Bu hücumlardan bir neçə saat əvvəl ABŞ Prezidenti Donald Tramp Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan sammitin təxirə salındığını açıqlayıb. Tramp bunu "boş görüş" istəməməsi ilə izah edib.
Kreml isə həm Trampın, həm də Avropa liderlərinin cəbhə xətti boyunca atəşkəs çağırışlarını rədd edib.
Bununla belə, Rusiya rəsmiləri Çərşənbə günü Tramp-Putin sammitinə hazırlıqların davam etdiyini bildiriblər. Kremlin sözçüsü Dmitri Peskov tarixin hələ müəyyənləşmədiyini və diqqətli hazırlıq tələb olunduğunu ifadə edib.
Ukrayna Prezidenti Volodımır Zelenski isə bu hücumları Moskvanın davam edən müharibəyə görə kifayət qədər təzyiq görmədiyinin sübutu kimi qiymətləndirib.
Xəbər verilir ki, həmçinin Ukrayna da Böyük Britaniya istehsalı raketlərlə Rusiyanın kimya zavoduna zərbə endirib.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
