Qlobal maliyyə bazarlarında oktyabrın 22-də qiymətli metallar və texnologiya səhmlərində eniş müşahidə olunub.

Reuters agentliyinin məlumatına görə, qızılın bir unsiyasının qiyməti 5 faizədək azalıb. Mütəxəssislər bu azalmaya ABŞ dollarının möhkəmlənməsi və beynəlxalq bazarlarda iqtisadi qeyri-müəyyənliyin artmasını əsas səbəblər kimi göstərirlər.
Bununla yanaşı, “Netflix” şirkətinin üçüncü rüb üzrə maliyyə nəticələrinin gözləntiləri ödəməməsi fonunda səhmlərinin dəyəri təxminən 6 faiz azalıb. Analitiklərin fikrincə, bu vəziyyət investorların texnoloji sektora inamını bir qədər zəiflədib.
Ekspertlər bildirirlər ki, yaxın günlərdə ABŞ Mərkəzi Bankının (Federal Reserve) növbəti qərarları bazarların dinamikasına birbaşa təsir göstərə bilər.
Mənbə: Reuters
Tərcümə etdi: İlhamə Nurəhmədova
