Bu gün:

Qəzzaya humanitar yardımın çatdırılması hədəflərin xeyli altında qalır


Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) Qəzza zolağına humanitar yardımın çatdırılmasının hələ də nəzərdə tutulan hədəflərə çatmadığını bildirib.


Təşkilatın məlumatına görə, hazırda bölgəyə gündəlik olaraq təxminən 750 ton ərzaq məhsulu daxil olur. Halbuki ehtiyacların ödənilməsi üçün bu göstəricinin gündə 2 min ton səviyyəsində olması tələb olunur.

Qurumun nümayəndələri qeyd ediblər ki, yardımın məhdud şəkildə daxil olmasının əsas səbəbi yalnız iki keçidin açıq olması və şimal bölgəsinə çatdırılmanın mümkün olmamasıdır.

Bildirilib ki, İsraillə Həmas arasında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağında humanitar vəziyyət ağır olaraq qalır. Minlərlə insanın qida çatışmazlığı və su qıtlığı ilə üzləşməsi humanitar böhranın daha da dərinləşməsi təhlükəsini artırır.


Mənbə: Reuters

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et