Bu gün:

Yeni doğulmuş körpəsini tərk edən ana həbs olunub


Manhattanda ana yeni doğulmuş körpəsini metro stansiyasında unutduğu üçün saxlanılıb.

Nyu-York polisinin verdiyi məlumata əsasən, Manhattanın Midtown ərazisindəki metro stansiyasında tərk edilmiş halda tapılan yeni doğulmuş körpənin anası həbs edilib. Məlumata görə, 30 yaşlı Assa Diawara adlı qadın uşağı tərk etmə və uşağın rifahını təhlükəyə atma ittihamı ilə çərşənbə günü səhər saatlarında Queens bölgəsində saxlanılıb.

Polis əməkdaşları körpəni dərhal xəstəxanaya aparıblar. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.

Nyu-York Şəhər Nəqliyyatının rəhbəri Demetrius Crichlow hadisəni “34-cü küçədəki möcüzə” adlandırıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: ABC news

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et