Fransa polisi Luvr muzeyindən günün günorta çağı həyata keçirilən cəsarətli qarət zamanı oğurlanan qiymətsiz zərgərlik məmulatlarını tapmaq üçün axtarışları davam etdirir. Lakin mütəxəssislər xəbərdarlıq ediblər ki, artıq çox gec ola bilər.

Hadisə bazar günü Parisdə baş verib. Dünyanın ən çox ziyarət olunan muzeyinə daxil olan oğrular cəmi səkkiz dəyərli əşyanı oğurlayaraq, skuter vasitəsilə hadisə yerindən uzaqlaşıblar. Bütün əməliyyat cəmi səkkiz dəqiqə davam edib.
Hollandiyalı sənət detektivi Artur Brand BBC-yə açıqlamasında bildirib ki, o, oğurlanan zinət əşyalarının artıq “tamamilə yox edilmiş” olmasından ehtiyat edir. Onun sözlərinə görə, zərgərlik məmulatları çox güman ki, parçalara ayrılaraq satılıb.Digər ekspertlərin fikrincə bu əşyalar dəyərindən çox aşağı qiymətə satılaraq Fransadan kənara qaçaqmalçılıq yolu ilə çıxarılacaq.
Mənbə: BBC
Hazırladı: Gülay Bədirli
