Bu gün:

Hermès kişi xəttinə Qreys Ueyls Bonner yeni rəhbər kimi təyin olunub


Fransız moda evi Hermès bu səhər açıqlayıb ki, Qreys Ueyls Bonner kişi geyim xəttinin yeni yaradıcılıq direktoru təyin olunub.

Bu qərar 37 il bu vəzifədə çalışan Veronik Nişanyanın ötən həftə istefasından sonra verilib. Bonner markanın ilk kolleksiyasını 2027-ci ilin yanvarında təqdim edəcək.

Son illərdə “Qara üslubun incə tikilməsi” mövzusunda layihələri və “Black dandyism” anlayışını modada təcəssüm etdirməsi ilə tanınan Bonner, öz adını daşıyan brendində mədəniyyət, sənətkarlıq və stili bir araya gətirib. Onun dizaynlarında Savil Rou tikiliş üslubu, futbol formaları və Yamayka irsindən ilham hiss olunur.

Hermès-də uzun illər ərzində kişi geyimlərinə minimalist zəriflik qazandıran Nişanyanın irsini davam etdirmək üçün Bonnerin təcrübəsi və yaradıcılığı yüksək qiymətləndirilir.

35 yaşlı Londonlu dizayner Central Saint Martins universitetinin məzunudur. O, CFDA və British Fashion Awards kimi nüfuzlu mükafatların qalibidir. Bonnerin dizaynlarını Solanj, Lyuis Hemilton, FKA Tvigs, Kendrik Lamar, Naomi Kempbell və Leon Brics kimi tanınmış adlar geyinib.

O, həmçinin Adidas, Stüssy və Yoji Yamamoto-nun Y-3 brendləri ilə əməkdaşlıq edib.

Mənbə: harpersbazaar.com

Tərcümə etdi: Şehrin Musayeva


Paylaş
Şərh əlavə et