Donald Trampın Çekersdə Kir Starmerlə keçirdiyi danışıqlardan çox, Vindzor qəsrindəki günündən həyəcanlandığı açıq şəkildə hiss olunub.
Bu, Britaniya Baş naziri tərəfindən göstərilən qonaqpərvərliyə qarşı hörmətsizlik deyil, Tramp və komandası səfər boyunca bu diqqəti yüksək qiymətləndiriblər.
Starmerin kənd iqamətgahında keçirilən görüş təsirli atmosferdə baş tutub. Hətta Britaniya Ordusunun “Qırmızı Şeytanlar” adlanan paraşüt qrupu nəhəng Britaniya və ABŞ bayraqları ilə səmanın üzərindən uçaraq prezidentə salam verib.
Trampın Starmerə qarşı müsbət münasibəti mətbuat konfransında da hiss olunub. Lakin onun üçün səfərin ən yaddaqalan məqamı Kral və Kraliça tərəfindən Vindzor Qəsrində qarşılanması olub.
Prezidentin aparat rəhbəri Syuzi Vaylsın sözlərinə görə, səfərin zirvəsi həmin axşam Müqəddəs Corc Zalında 160 qonağın qatıldığı təmtəraqlı ziyafət olub.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Nəcəfova
