Bu gün:

Ayın qaranlıq tərəfində sürpriz kəşf


Ayın qaranlıq üzündən qayıdan Çinli kəşf cihazı təəccüblü kəşf edib. “Çang-ı 6” tərəfindən toplanan nümunələrdə Günəş sisteminin xaricindən gələn meteoritlərin qalıqları aşkar edilib.Alimlərin fikrincə, bu qalıqlar ayda su izlərinin necə əmələ gəldiyini izah edə bilər. Çinin ayın qaranlıq tərəfinə göndərdiyi “Çang-ı 6” tərəfindən toplanan qaya və torpaq nümunələrində günəş sisteminin xaricindən gəldiyi görünən meteoritlərin qalıqları aşkar edilib.

Çinin Quançjou Geokimya İnstitutunun (GIG) alimləri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmada ayın qaranlıq tərəfindən toplanmış nümunələrin kimyəvi tərkibinə dair əldə etdikləri nəticələri bölüşüblər. Tədqiqatçılar nümunələrdə yer üzündə nadir hallarda rast gəlinən və ümumiyyətlə günəş sistemindən kənarda olan su və üzvi maddələrlə zəngin meteoritlərdə görülən karbon xondrit elementlərinin olduğunu bildiriblər.

Tədqiqatçılar sözügedən kəşfin yer-ay sisteminin karbonlu xondritləri ehtiva edən günəşdənkənar sistem meteoritləri ilə gözlənildiyindən daha çox toqquşduğunu göstərdiyini ifadə edərək bunun ayın səthində suyun mövcudluğunu izah edə biləcəyini və suyun ayda yayılması təkamülü ilə bağlı gələcək tədqiqatlara istiqamət verə biləcəyini vurğulayıblar.

Çin ayın qaranlıq hissəsindən qaya və torpaq nümunələri toplamaq məqsədi ilə 2024-cü il mayın 3-də “Çang-ı 6”nı kosmosa göndərib. 2 İyun 2024-cü ildə ayın Cənub Qütbü-Aitken hövzəsindəki Apollon hövzəsinə enən rover 25 iyun 2024-cü ildə topladığı nümunələrlə yerə qayıdıb. Çang-ı 6 missiyası ilə Çin ayın qaranlıq tərəfindən nümunələr toplayan ilk ölkə olub.

Mənbə: CNN Türk

Tərcümə etdi: Aygül Alıyeva

Paylaş
Şərh əlavə et