Sanae Takaiçi parlament səsverməsində qalib gələrək Yaponiyanın ilk qadın Baş naziri olub.

64 yaşlı siyasətçi hakim Liberal Demokrat Partiyasının (LDP) lideri kimi Aşağı Palatada 237, Yuxarı Palatada isə 125 səs qazanıb.
Marqaret Tetçerə heyran olan Takaiçi mühafizəkar baxışları ilə tanınır və ölkədə artan qiymətlər fonunda hakimiyyətə gəlib.
O, koalisiya tərəfdaşı Komeito-nun dəstəyini itirsə də, son anda sağçı Yapon İnnovasiya Partiyası ilə razılaşma əldə edib.
Yeni Baş naziri həm daxili iqtisadi çətinliklər, həm də ABŞ və Çinlə münasibətlərdə sınaqlar gözləyir.
LDP Takaiçi-nin rəhbərliyi ilə ictimai etimadı bərpa etməyə və mühafizəkar seçiciləri geri qazanmağa ümid edir.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
