“The Ringer” jurnalının məlumatına görə, “Los Anceles Leykers”in keçmiş oyunçusu Rassel Vestbrukla komandanın ulduzu Lebron Ceyms arasında münasibətlər, aktyor Uill Smitin məşqə qatıldığı gün daha da gərginləşib.
Hadisə Yaron Veytsmanın “Hollivud Sonu: Lebronun Leykers xəyalları və dramı” adlı kitabında yer alıb. Yazılır ki, 2022/23 mövsümünə girərkən Vestbruk və Lebron demək olar ki, danışmayıblar. Səbəb isə Lebronun klubun Vestbruku Kayri İrvinqlə dəyişmək istədiyi barədə yayılan xəbərlər olub.
Uill Smit komanda ilə görüşdə yeni filmi “Azadlıq” haqqında danışıb və motivasiyaedici çıxış edib. Görüş zamanı Lebron Smitə ard-arda suallar verib, söhbəti uzadıb. Bu, Vestbrukun narazılığına səbəb olub. O, Lebronun davranışını “saxta” adlandırıb və “belə şeylərə dözə bilmirəm” deyib.
Bu hadisə həmin vaxt “Leykers”də mövcud olan gərginliyin simvolu sayılır. Vestbrukun komanda ilə dövrü həm meydandakı nəticələr, həm də daxili münasibətlər baxımından uğursuz olub.
Mənbə: CBC Sports
Tərcümə etdi: Fərid Tapdıqov
