Bu gün:

İran lideri Trampın bəyanatlarına cavab verib


İran xəbər agentliyi IRNA-nın məlumatına görə, ölkənin ali dini lideri Ayətullah Əli Hamaneyi beynəlxalq yarışlarda medal qazanan idmançılarla görüşündə ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı açıqlamalarına münasibət bildirib.

Hamaneyi çıxışında deyib ki, ABŞ-nin İranın nüvə sənayesinə dair mövqeyi “müdaxilə xarakteri daşıyır” və bu cür yanaşmaları “yolverilməz” adlandırıb: “ABŞ Prezidenti İranın nüvə sənayesini bombalamaq və məhv etməklə öyünür. Bir ölkənin nüvə sənayesinə kənardan hökm vermək hansı hüquqa əsaslanır? İranın nüvə sənayesi ABŞ-ni niyə maraqlandırmalıdır?”

O, həmçinin Trampın “regiona sülh gətirdiyi” barədə fikirlərinə də münasibət bildirib: “Müharibələri siz başlayırsınız. Əgər belə deyilsə, bəs bölgədə bu qədər ABŞ bazası niyə var?”

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp son İsrail və Misir səfərləri zamanı İranın nüvə fəaliyyəti və regional siyasəti ilə bağlı tənqidi bəyanatlar səsləndirib.

Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et