Bu gün:

Qəzzada ölümcül toqquşma İsrail–HƏMAS atəşkəsini sınağa çəkib


Qəzzada baş verən yeni toqquşmalar İsrail və HƏMAS arasında əldə olunan atəşkəsi təhlükəyə salıb.

İsrail ordusu Rəfah şəhərində iki əsgərin öldürülməsinə cavab olaraq Qəzzaya hava zərbələri endirib.

HƏMAS hücumla əlaqəsi olmadığını bildirib, lakin İsrail bu iddianı rədd edib.

Zərbələr nəticəsində azı 45 fələstinli həlak olub, onlardan bəziləri uşaqlardır. İsrail ordusu “HƏMAS-ın onlarla hədəfini vurduğunu” açıqlayıb.

HƏMAS isə İsraili “atəşkəsi pozmaq üçün bəhanələr uydurmaqda” ittiham edib.

ABŞ-nin təzyiqi nəticəsində atəşkəs hələ də qüvvədə qalır.

Prezident Donald Tramp bildirib ki, məqsəd “sülhü qorumaqdır”.

Bölgəyə ABŞ nümayəndələri Stiv Vitkoff və Cared Kuşner qayıdıb, Misirdə isə HƏMAS və digər fələstinli tərəflər yeni danışıqlar aparır.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et