Bu gün:

Kerinq kosmetika bölməsini L’Oréal-a satır


Gucci, Balenciaga və Bottega Veneta kimi brendlərə sahib olan Kerinq qrupu öz kosmetika biznesini L’Oréal şirkətinə təxminən 4 milyard avroya (~4,66 milyard dollar) nağd şəkildə satdığını elan edib.Müqaviləyə daxildir:

• Kerinq-in daha əvvəl satın aldığı İsveçrə ətir evi Creed.

• Gucci, Balenciaga, Bottega Veneta brendləri altında kosmetika və ətirlərin istehsalı və paylanması üçün 50 illik lisenziyalar.

• Wellness (rifah və sağlam həyat tərzi) istiqamətində əməkdaşlıq: Kerinq və L’Oréal bu sahədə yeni məhsullar üçün birgə strateji komissiya yaratmağı planlaşdırır.

Bu nə üçün vacibdir?

• Kerinq üçün bu addım əsas moda fəaliyyətinə – geyim, aksesuar və lüks seqmentinə fokuslanmaq deməkdir.

• L’Oréal üçün bu, lüks gözəllik sahəsində mövqelərini gücləndirmək və tanınmış moda brendləri üçün lisenziyalar əldə etmək imkanı yaradır.

• Bu hadisə lüks moda sənayesindəki tendensiyanı əks etdirir. Belə ki, brendlər kosmetika və ətir sahəsini tez-tez ayrıca istiqamət kimi ayırır və ya lisenziya ilə daha az inteqrasiya, daha çox ixtisaslaşma əsasında ötürürlər.

Mənbə: Reuters.com


Tərcümə etdi: Şehrin Musayeva








Paylaş
Şərh əlavə et