Amazon Web Services (AWS) dünyanın ən böyük vebsayt və proqramlarını dayandıran əsas problemi həll etdiyini bildirib, lakin tam bərpa bir qədər daha vaxt alacaq.

Snapchat, Duolingo, Zoom və Roblox, həmçinin Lloyds və Halifax bankları, Böyük Britaniyanın "National Rail" və "HMRC" kimi saytlar da təsirlənənlər arasında idi.
Platforma çaxnaşmalarını izləyən "Downdetector" şirkətinin məlumatına görə, dünya üzrə 1,000-dən çox şirkətə təsir göstərən 6,5 milyondan çox problem hesabı qeydə alınıb.
AWS-in məlumatına görə, “əhəmiyyətli dərəcədə bərpa əlamətləri” müşahidə olunur və artıq əksər sorğular uğurla yerinə yetirilməlidir.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
