Bazar ertəsi gecə, saat 03:50 radələrində Honq-Konq hava limanında Dubaydan gələn yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq təhlükəsizlik patrul maşını ilə toqquşub. Nəticədə, maşın dənizə düşüb və hava limanının iki təhlükəsizlik işçisi həlak olub.

Bildirilib ki, hava limanının təhlükəsizlik işçiləri sudan xilas edilərkən nəfəs almırdı, birinin hadisə yerində, digərinin isə xəstəxanada öldüyü təsdiqlənib.
Qeyd edilib ki, pilotdan kömək tələb edən heç bir mesaj alınmayıb.
Səlahiyyətlilər bildiriblər ki, cənub və mərkəzi uçuş-enmə zolaqları normal rejimdə işləyir.
Uçuş izləmə xidməti FlightRadar24 qəzaya uğrayan təyyarənin 32 yaşında olduğunu və yük gəmisinə çevrilməzdən əvvəl sərnişin təyyarəsi kimi xidmət etdiyini deyib.
Mənbə: South China Morning Post
Tərcümə etdi: Zeynəb Şahmarova
