Bu gün:

Luvr muzeyində oğurluq


Fransanın mədəniyyət naziri Dati Luvr muzeyində oğurluq hadisəsi baş verdiyini və muzeyin bir gün bağlı qalacağını açıqlayıb. Fransız mediası oğruların Luvr muzeyinə girərək Napoleon kolleksiyasından bəzi parçaları oğurladığını yazıb.

Rachida Dati sosial media hesabından verdiyi açıqlamada "Bu səhər Luvr Muzeyinin açılışında quldurluq hadisəsi baş verib",- deyib. 

Luvr Muzeyi quldurluqla bağlı əlavə təfərrüatlar təqdim etmədən “müstəsna səbəblərə görə” bağlanacağını açıqlayıb. Xəsarət alanlar barədə məlumat verilməyib. Dati hadisə yerində olduğunu və araşdırmanın davam etdiyini bildirib.


https://www.haberturk.com/louvre-muzesi-nde-hirsizlik-3831119


Mənbə: Habertürk

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et