Bu gün:

Fendi-də yeni kreativ direktor təyinatı olub


İtaliyanın məşhur Fendi moda evi Mariya Qratsiya Kyurinin yeni kreativ direktor təyin olunduğunu elan edib. O, bu vəzifədə Silviya Venturini Fendini əvəz edəcək. Silviya isə brendin fəxri prezidenti vəzifəsinə keçir.

Nə üçün vacibdir:

Mariya Qratsiya Kyuri sənaye daxilində ən hörmətli dizaynerlərdən biridir. O, daha əvvəl Dior və Valentino kimi nüfuzlu brendlərdə çalışıb. 

Bu təyinat Fendi brendinin 100 illiyi ilə üst-üstə düşür ki, bu da keçidin simvolik əhəmiyyətini artırır.

Bu səviyyədə dəyişikliklər, adətən brendin estetikasında, strategiyasında və hədəf auditoriyasında yenilənmələrə işarə edir.

Nə gözlənilir:

Kyurinin rəhbərliyi ilə hazırlanan ilk kolleksiya Milan Moda Həftəsində nümayiş etdiriləcək. Moda dünyası artıq Fendinin öz irsini Kyurinin baxışı ilə necə yenidən formalaşdıracağını maraqla izləyir.

Mənbə: AP News

Tərcümə etdi: Şehrin Musayeva

Paylaş
Şərh əlavə et