Çin Hava Yollarına məxsus sərnişin təyyarəsində yanğın baş verib. Kabin heyəti qısa müddətdə müdaxilə edərək alovu söndürüb. Havada dəhşətli anlar yaşanıb.
Görüntülər Çin aviaşirkəti Air China-ya məxsus sərnişin təyyarəsindəndir. Sərnişinlər minib, son yoxlamadan keçib və təhlükəsizlik kəmərlərini taxıblar.
Sərnişin təyyarəsi də Çinin Hanqjou şəhərindən havaya qalxıb. Lakin uçuş planlaşdırıldığı kimi baş tutmayıb. Əl yükündən tüstü qalxmağa başlayıb. Uçuş bələdçiləri tez bir zamanda baqajı açıblar və içərisində yanğın aşkar ediblər. Havada dəhşətli anlar yaşanıb.
Air China hadisə ilə bağlı açıqlama yayıb. CE-A139 reysi ilə uçan sərnişinin daşınma çantasındakı litium batareyası başüstü dolabında öz-özünə alovlanıb. Ekipaj cavab verib və yanğın söndürülüb. Xəsarət alan olmayıb.
Lakin yanğın söndürülsə də, panika davam edib. Planlaşdırılan uçuş Cənubi Koreyanın Seul şəhərinə olub, lakin yanğın səbəbindən Şanxaya təcili eniş edilib.
Bəyanatda həmçinin qeyd olunub ki, təyyarə “uçuş təhlükəsizliyini təmin etmək üçün” planlaşdırılmamış eniş üçün Şanxay Pudonq Beynəlxalq Hava Limanına yönləndirilib.
Mənbə: CNN türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
