Bu gün:

Trampın söz azadlığı ilə bağlı geri dönüşü 250 illik ənənəni sarsıdıb


“Əgər azad söz azadlığımız yoxdursa, deməli azad ölkə də deyilik”, — vaxtilə prezidentliyə namizəd olan Donald Tramp seçki kampaniyası zamanı yayımlanan videoda belə deyib.Lakin ikinci prezidentlik müddətinin cəmi doqquzuncu ayında Tramp fərqli mövqe sərgiləyib. Ağ Evdə keçirilən tədbirdə o, “Biz söz azadlığını əlindən aldıq,” — deyərək, Amerika bayrağını yandıran insanlara illərlə həbs cəzası verilməsi çağırışını əsaslandırmağa çalışıb. Halbuki ABŞ Ali Məhkəməsinin qərarına görə, bayraq yandırmaq ifadə azadlığının bir forması sayılır.

Trampın bu mövqeyi söz azadlığına dair 250 illik ənənənin və ABŞ Konstitusiyasının Birinci Düzəlişində təsbit olunmuş prinsiplərin ciddi şəkildə ziddiyyətə düşdüyünü göstərir. Bu dönüş həmçinin Amerika azadlıqlarının təməlini təşkil edən Hüquqlar Bəyannaməsindəki ironiyaları da bir daha gündəmə gətirib.

Mənbə: CNN Politics

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et