Bu gün:

ABŞ HƏMAS-ın Qəzzada mülki əhaliyə hücum planlaşdırdığını bildirib


ABŞ Dövlət Departamenti HƏMAS-ın Qəzzada mülki şəxslərə qarşı “yaxın zamanda” hücum planlaşdırdığına dair etibarlı məlumatların olduğunu bildirib.

Bu xəbər atəşkəs razılaşmasının pozulması və vasitəçilik səylərinin zəifləməsi ehtimalı yaradıb.

Atəşkəs razılaşmasının ilk mərhələsində bütün sağ girovlar azad edilib, həlak olanların cəsədləri İsrailə qaytarılıb. Razılaşma çərçivəsində İsrail ümumilikdə 250 fələstinlini və 1,718 nəfəri azad edib. 

Vaşinqton HƏMAS-a razılaşmanın şərtlərinə əməl etməyi tələb edib və bildirib ki, “əgər hücum baş verərsə, Qəzza xalqını qorumaq üçün tədbirlər görüləcək”. HƏMAS tərəfi isə hələlik rəsmi açıqlama verməyib.

Eyni zamanda İsrail Qəzzadan iki cəsədin qaytarıldığını təsdiqləyib və Rəfah sərhəd keçidinin bütün cəsədlər geri alınana qədər bağlı qalacağını açıqlayıb.

Atəşkəs dövründə bir fələstinli ailənin 11 üzvünün ölümü barədə də məlumat yayılıb. İsrail ordusu hadisə ilə bağlı açıqlamasında “şübhəli nəqliyyat vasitəsini” hədəf aldıqlarını bildirib.

ABŞ-nin xəbərdarlığı HƏMAS-ın mümkün hücumu ilə bağlı planların mövcudluğu ehtimalı ilə əlaqələndirilir.



Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et