Türkiyə milli futbol komandası FİFA-nın oktyabr ayı dünya reytinqində bir pillə yüksələrək 26-cı yerə yüksəlib. 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində Bolqarıstan və Gürcüstanı məğlub edən komanda ümumilikdə 1570 xal toplayıb.

FİFA-nın rəsmi saytında yayılan açıqlamaya görə, Türkiyə milli futbol komandası oktyabr ayı üçün dünya reytinq cədvəlinə yüksəlib. 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin E qrupunda Bolqarıstan və Gürcüstanı məğlub edən komanda 1 pillə yüksələrək 1570 xalla 26-cı yerə yüksəlib.
Bu ay İspaniya yenidən reytinqə başçılıq edib, Argentina ikinci yerə yüksəlib, Fransa isə üçüncü yerə düşüb. Almaniya da iki pillə yüksələrək 10-cu olub. FİFA-nın növbəti dünya reytinqi 21 noyabr 2025-ci ildə açıqlanacaq.
https://www.haberler.com/spor/a-milli-takim-fifa-dunya-siralamasinda-26-siraya-yukseldi-19158002-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Banuçiçək Qurbanova
