Bu gün:

25-ci Yubiley Bal Yarmarkası fəaliyyətə başladı


Bu gün Bakıda 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası öz işinə başlayıb. Yarmarka Kənd Təsərrüfatı Nazirliyi və “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilir.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən gələn arıçı fermerlər iştirak edirlər. Onlar burada təbii bal, mum, gül tozu, propolis və digər arıçılıq məhsullarını təqdim edirlər. Yarmarkanın məqsədi yerli istehsalçıları dəstəkləmək, ekoloji təmiz və keyfiyyətli məhsulların satışını təşviq etməkdir. Tədbir həm də istehlakçılara yerli balın keyfiyyətini tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Yarmarka noyabr ayının doqquzuna qədər davam edəcək. Ziyarətçilər hər gün saat 10:00-dan 19:00-dək müxtəlif bölgələrdən gətirilən məhsulları əldə edə biləcəklər.

Hazırladı: Gülay Bədirli 

Paylaş
Şərh əlavə et