Bu gün:

Putinin təyyarəsi Moskvadan Budapeştə necə uça bilər?


Zirvə hələ dəqiq deyil, amma Rusiya Prezidenti Vladimir Putin qarşıdakı iki həftə ərzində ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Budapeştə getmək qərarı verərsə, əvvəlcə bir neçə maneəni aşmalı olacaq.

Putin avqust ayında Alyaskanın Ankoric (Anchorage) şəhərində keçirilən zirvəyə gedərkən, ABŞ xüsusi icazə verərək Rusiya liderinin müdafiə sistemləri ilə təchiz edilmiş, dörd mühərrikli modifikasiya olunmuş İlyuşin İl-96 modelinə və "Uçan Kreml" ləqəbli prezident təyyarəsinin ölkəyə daxil olmasına imkan verib.

Rus təyyarələrinin həm ABŞ, həm də Aİ hava sahəsinə daxil olması qadağandır. Ona görə də Putin Budapeştə getməyi seçərsə, Aİ-yə üzv bir ölkənin hava sahəsindən istifadə edə bilmək üçün xüsusi icazə almağa məcbur olacaq.


Mənbə: BBC News

 Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et