ABŞ-nin bir neçə ştatında Respublikaçı qubernatorlar Donald Trampa qarşı keçiriləcək kütləvi aksiyalar öncəsi Milli Qvardiya qüvvələrini gözləmə rejiminə alıblar.

“No Kings” adlı hərəkatın təşkilatçıları bildiriblər ki, etirazlar ölkə üzrə 2500-dən çox məkanda baş tutacaq. Məqsəd Trampın “avtoritar idarəçiliyinə” qarşı çıxmaqdır.
Texas və Virciniya qubernatorları artıq Qvardiyanı aktivləşdiriblər. Demokratlar bu addımı sərt tənqid edərək bunun “kralların və diktatorların işi” olduğunu vurğulayıblar.
Etirazlara Ceyn Fonda, Con Leqend və Kerri Vaşinqton kimi məşhurların da qoşulacağı bildirilib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
