Bu gün:

Zelenskinin Ağ Ev səfəri məyusluqla başa çatıb


Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri gözlənilən nəticələri verməyib. Donald Trampla Ağ Evdə keçirilən görüşdən sonra Ukrayna tərəfi üçün heç bir konkret müsbət nəticə əldə olunmayıb.

Zelenski görüşdən sonra sosial şəbəkədə etdiyi yazıda danışıqları "kəskin" olaraq təsvir edib. Bu ifadə danışıqların gözlənildiyi kimi rəvan getmədiyinə işarə kimi qiymətləndirilir.

Səfərə yaxın mənbələrdən alınan ilk məlumatlara görə, Ukrayna nümayəndə heyəti Vaşinqtona yüksək ümidlərlə yollanıb. Ukrayna Parlamentinin sədri Ruslan Stefançuk BBC-yə etdiyi açıqlamada bu səfəri "çox mühüm tarixi an" adlandırıb və Donald Trampın, nəhayət, Vladimir Putinə inanmaq olmaz və onun etiraf edilməsi lazım olduğunu anladığını göstərəcəyini ifadə edib.

Lakin görüşün nəticələri bu gözləntiləri doğrultmayıb. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp hələ də Rusiya rəhbəri Putinə olan inamını saxlayır, Zelenski isə müharibənin dayandırılması üçün daha sərt tədbirlər görmək istəyir.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et