Bu gün:

İsrailə hücumda şübhəli bilinən HƏMAS-lı ABŞ-də saxlanılıb


2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı hücumunda əli olmaqda şübhəli bilinən Qəzza sakini ABŞ-nin Luiziana ştatında saxlanılıb. 24media.az "APA"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik iddia edir ki, həmin gün şübhəli Mahmud Əmin Yaqub əl-Muhtadi silahlanaraq digər şəxslərlə birlikdə HƏMAS-a terror aktını həyata keçirməkdə kömək etmək üçün İsrail ərazisinə keçib.

Məlumata görə, Mahmud Əmin Yaqub əl-Muhtadi 2024-cü il sentyabrın 12-də viza üçün müraciət edərkən özü haqqında yalan məlumat verdikdən sonra ABŞ-yə daxil olub. O, Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhənin hərbi qanadının üzvü olduğunu açıqlamayıb.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə silahlı HƏMAS tərəfdarları Qəzza zolağından İsrail ərazisinə keçib. Hücum sərhəd icmalarının sakinlərinin öldürülməsi və 250-dən çox insanın girov götürülməsi ilə nəticələnib.

Turqut Ansari

Paylaş
Şərh əlavə et